AFN.AZ / “Belə nağıllarla tarix olmaz...”-

“Belə nağıllarla tarix olmaz...”-

“Belə nağıllarla tarix olmaz...”-


Tarix dərsliklərində buraxılan ciddi səhvlər cəmiyyətdə haqqlı narazılıqlar yaradır. 10-cu sinif “Tarix” dərsliyində Ermənistan xülyası olan xəritənin verilməsində sonra dərslik müəllifləri cidd tənqid olundu və bir həftədən çoxdur ki, mətbuat bu məsələni işıqlandırır.

AFN xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev 7-ci siniflər üçün “Azərbaycan Tarixi kitabı”nda müşahidə etdiyi səhvləri təhlil edib. Qeyd edək ki, bu dərslik 2014-cü ildə nəşr edilib: “Kitabda diqqətimi çəkən bu cümlə oldu:” Əbu Sac Divdad Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər Yusif ibn Saca qarşı çıxdılar.”
Tarixə nəzər salsaq görərik ki, ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Türk dövlətlərindən biri də Sacilər idi. 879-941-ci ilə qədər təxminən hakimiyyətə olub.
Söhbət eramızın VIII-IX əsrindən gedir. Üzümü tuturam bu dərsliyin müəlliflərinə, o dövrdə erməni feodalları hardan meydana çıxdı? Ümumiyyətlə, Sacilərin əsas mərkəzlərindən biri Qarabağ zonasında o dövrdə ermənilər necə peyda oldular və üstəlik feodallar idilər?
Tarixdən məlumdur ki, Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı.
Bəs niyə, şagirdlərə səhv tarix başa salırsız? Niyə onların beyninə yeridirsiz ki, ermənilər bu torpaqda qədimdən yaşayıb? Niyə Sünik, Sisakan, Şəki qalası (Qərbi Azərbaycanda Səhl İbn Sumbatın qalası) kimi albanlara məxsus tarixi ermənilərin adına yazırsız? IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristianlığı qəbul etmişdi. Bu sülalənin nümayəndələri «Saklı» (ərəb mənbələrində «Səhl») ləqəbini daşıyırdılar. «Səhl» (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi.Moisey Kalankatlının əsərini tədqiq etmiş Çarlz Dousett də Səhl ibn Sunbatın Arranşahik xanədanının Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmiş, onu Baqratuni xanədanına aid edən tədqiqatçıların fikirlərini qəti şəkildə rədd etmişdi.
Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri «məlik» adlanırdılar. Səhl ibn Sunbat da məlik idi.
Ərəb mənbələrində Səhl ibn Sunbat formasında yazılmış ad türkcə sun ―gözətçi, keşikçi, nəzarətçi və bat ― mətin, bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan bat sözü albanlarda Urbat, VI əsrdə Orta Asiyada ağ hunlarda (eftalilərdə) Qrunbat, türk bolqarlarda Kurbat , 755-ci ildə Xorasanda ərəblərə qarşı 70 gün üsyan qaldırmış türk Sunbad, XII əsrdə Azərbaycanda Oğuz-Səlcuq əmirlərindən Əbubəkr Bahaəddin Sunbat və b. şəxs adlarının sonlarındakı bat sözü ilə eynidir. Göründüyü ki, Si sülaləsinin hakimləri etnik mənsubiyyətcə türk idilər.
Səhl ibn Sumbatın albanlığı və Mehranilər sülaləsinə mənsubluğu heç bir şübhə oyatmır. Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycan Respublikasının Şəki şəhəri ərazisi yox, Zəngəzur ərazisində yerləşən Şəki kəndi olmuşdur.
Hətta Türklərdə Seyid Battal adlı dastanda Səhli Seyid Battal adlandırılar.

Hətta erməni müəllifləri belə bu torpaqlarda yaşamadıqların etiraf edirlər. B. İşxanyan- “Qafqaz xalqları”, Petroqrad, 1916-cı il səh.18-də konkret yazır "Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin böyük ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Bir hissəsi isə təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır."
Yaxud xalqımızın düşməni Zori Balayan- “Ocaq”, səh. 120, 192, 273-də konkret qeyd edir " 1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onilliklərdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür."
Və son olaraq Haykaryan- “Erməni tarixi”, Paris, 1919- il kitabında yazır "Erməni sülaləsinin başçısı tarixdə olmayıb, o, nağıllardan götürülmüş uydurma şəxsiyyətdir."
Ermənilərin özlərinin etirafları, bu da bizim tarixçilərin "reallıqları".. Bizim tariximizi niyə ermənilşədirsiz?
Zaur Əliyevin sözlərinə görə dərslikdə yalan məlumatlar təkcə bununla bitmir: “Bu cümləyə fikir verin: "Azərbaycan İslamı qəbul etmiş ilk türk məskənlərindən biridir. Dastanın ozan qəhrəmanı Dədə Qorqud Məhəmməd peyğəmbərin müasiri idi. Hətta dastanda qeyd olunur ki, oğuz igidlərindən Peyğəmbəri görənlər də olmuşdu. Dastan qəhrəmanlarından biri olan Dəli Domrul müqəddəs kitaba — «Qurani- Kərim»ə əl basıb and içir ki, düşmənə qarşı döyüşəcəkdir."
Birinci Qurani Kərim məsələsinə gələk. Necə ola bilər ki, Peyğəmbərə (s) kitab uzun zaman müddətində – 23 ilə hissə-hissə nazil olunmasıdır. Necə ola bilər ki, Peyğəmbərin müasiri olan Dədə Qorquda və oğuzlara Quran ərəblərdən tez çatsın? Məgər o zaman İnternet və printer yaxud nəşriyyat var idi? Dədə Qorqud dastanının arealı ilə Quranın nazil olduğu ərazi arasında o illərdə dəvə yaxud atla ən azı 1 aya qədər yol var idi. Kitab isə dərhal çoxaldılaraq paylanmırdı.
İkinci məsələyə keçək..Ərəb tarixçiləri yazır ki, guya Dədə Qorqud islamı qəbul edib və islam haqqında şeirlər yazıb, nəğmələr qoşub, Məhəmməd peyğəmbər haqqında xalq arasında dastan söyləyib. Bu qədər yanlış fikirləri tarixə yazan ərəblərin bir məqsədi var idi. Türkçü kimliyi, tenqriçilik ruhunu xalqda yoxa çıxarmaq. Dədə Qorqud dastanlarında Qurani-Kəri¬min İxlas surəsinin bədii və müəyyən qədər sərbəst tərcü¬məsinin yer alması ərəblərin türk dastanına birbaşa müdaxiləsinin göstəricisidir. Məlumdur ki, Kitabi-Dədə Qorqudun Vatikan nüsxəsi Qahirədə yaşamış Sidqi təxəllüslü müəllifin (əsl adı Seyid Əhməd bin Həsən Bali əd-Dəvədaridir) XVI əsrin ortalarında üzü köçürülmüş “Hekayəti-lətifeyi-ücubə və məhcubeyi-zərifə” adlı əsəri ilə eyni məcmuədədir (Adilov M. “Kitabi - Dədə Qorqud”un Vatikan nüsxəsinin bəz i paleoqrafik xüsusiyyətləri haqqında, Kitabi - Dədə Qorqud-1300, Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri, VI, “Örnək” nəşriyyatı, Bakı, 1999.).
Alman şərqşünası Fridrix Dits yazır: “Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, bəlkə o, əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir? Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”.
Məntiq ortadadır: Kitabi-Dədə Qorqud bizə təqdim edilən kimi islam dövründə deyil, eramızdan öncəki illərdə yaranıb.
V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri abdallardan danışarkən onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal “ov Tanrısı” anlamında işlənib. Kitabi-Dədə Qorqudda albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur.
Bizim xalqın ən qədim dastanı olan Dədə Qorqud dastanın niyə islamlaşıdırsız. Siz dastandakı kişi adlarına baxın : Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə və Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran
Burda siz ərəb adı görürsüz cənab müəlliflər? Bir ərəb adı göstərin boy adlarında. Qorqudşünasların əksəriyyəti belə hesab edir ki, Dədə 932-ci ildə vəfat edib. Amma yuxarıda onun Məhəmməd Peyğəmbərin zamanında yaşadığı qeyd olunur. Peyğəmbərin yeddinci əsrdə vəfatını nəzərə alsaq, Dədə Qorqudun az qala 300 ilə yaxın ömür sürdüyünü görə bilərik.
O illərdə 300 il yaşamaq qeyri mümkün idi. İnsanın belə bir ömür yaşaması barədə tarixdə heç bir rəsmi fakt yoxdur.
Uşaqların başın uydurma cəfəngiyyatla doldurmayın. Xahiş edirik, izdən. "Oğuz igidlərindən Peyğəmbəri görənlər də olmuşdu" Sizə qurban olum belə cəfəng fikirlərlə gəncliyimizi hara aparacaqsız. Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada? Onlar alverçi deyildilər ki, mal aparıb satsınlar....
Belə nağıllarla tarix olmaz....”

“Belə nağıllarla tarix olmaz...”-
14-10-2017, 15:23
Geri qayıt