AFN.AZ / Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür


13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür.

AFN xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bu günlə bağlı maraqlı fikirlər bölüşüb. Onun məsələyə özünəməxsus yanaşmasını təqdim edirik:

Hər gün demirəm sadəcə indi, cəmi 1 saatlıq gözlərini tamam qapat və bu vəziyyətdə hərəkət etməyə, özünə çay tökməyə, yemək hazırlamağa çalış. Sonra bir az gəzmək, hava almaq üçün küçəyə çıx, insanların münasibətini hiss etməyə çalış. Sadəcə 1 saat və bu zaman ərzində onları daha çox anlamağa, hiss etməyə, yanlarında olmağa çalışacaqsan. "Sən özün bunu etdinmi?" deyə soruşa bilərsən, əziz dost. Bəli, etdim. "Nə dəyişdi?" deyə sormaq istəyəcəksən bilirəm. Çox şey. O insanlara münasibətlə bağlı o qədər çox şey dəyişdi ki... Artıq daha həssasam, daha diqqətliyəm, daha qayğıkeşəm onlara qarşı. O 1 saatda onu da anladım ki, günlərin birində mən də onlardan biri ola bilərəm. Empati qurdum 1 saatlıq və cəmiyyətimizdə onlara qarşı yetərli qədər həssas yanaşmanın olmamasının acısını hiss etdim ürəyimdə.
Hər şeyə rəğmən həyatla mübarizədən vaz keçməyən, bütün çətinliklərə baxmayaraq, oxuyan, nə qədər çətin olsa da, "mən sizdən daha da faydalı ola bilərəm" deyə çalışan və həyatı sevərək yaşayan gözləri görməsə də, qəlbləri ilə dünyanı bizdən daha gözəl görən əziz dostlar sizi sevirik və hər zaman yanınızdayıq!

13-11-2017, 21:20
Geri qayıt