AFN.AZ / “Güzəştli mənzillər”in nəticələri ləğv edildi: yenidən satış təşkil ediləcək

“Güzəştli mənzillər”in nəticələri ləğv edildi: yenidən satış təşkil ediləcək

“Güzəştli mənzillər”in nəticələri ləğv edildi: yenidən satış təşkil ediləcək


Yasamal Yaşayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil olunacaq.



Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, bu günədək “Güzəştli mənzil” sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib.

Mayın 7-də ilk satışı mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanmışdı.

Eyni zamanda, “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilmişdir. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməmişdi.

Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulmuşdur.
Eyni zamanda texniki problemlər də yaranmışdı. Bu səbəbdən mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

Bu səbəbdən mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq. Mənzil seçiminin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat veriləcək.
17-05-2018, 15:59
Geri qayıt