AFN.AZ / Aylıq müavinətin artırılması məcburi köçkünlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb -

Aylıq müavinətin artırılması məcburi köçkünlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb -

Aylıq müavinətin artırılması məcburi köçkünlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb -


Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 10 iyun 2019-cu il tarixli Fərman imzalayıb.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AFN-ə verilən məlumatda bildirilir ki, fərman dövlətimizin başçısının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” bu il fevralın 26-da imzaladığı 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Dəyişikliyə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılaraq, müvafiq olaraq, 22 manatdan 33 manata və 40 manatdan 60 manata çatdırılıb.

Yeni Fərmanla bu məbləğlər “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının mətninə daxil edilib.

Xatırladaq ki, vahid aylıq müavinətin artırılması 500 minədək məcburi köçkünün sosial müdafiəsinin gücləndirilməsinə və maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb.
11-06-2019, 18:01
Geri qayıt