AFN.AZ / "Azərsun Holdinq" duzları kanalizasiya suyundan toplayır? -

"Azərsun Holdinq" duzları kanalizasiya suyundan toplayır? -

"Azərsun Holdinq" duzları kanalizasiya suyundan toplayır? -


"Azərsun Holdinq"in inşa etdirdiyi Masazır Duz Zavodunun əsas xammal mənbəyi sayılan Mazasır gölü ekoloji fəlakətlə üzləşib.

AFN-in xəbərinə görə, bu barədə Demokrat.az-a Masazır sakinləri müraciət ediblər. Onlar qeyd ediblər ki, hazırda Masazır gölü ətrafında yerləşən bahalı villaların kanalizasiya tullantıları sözügedən mənbəyə axıdılır. Sakinlər bildirir ki, Azərsun Holdinqə məxsus olan "Bizim duz" və "Azərduz" markaları məhz bu göldən toplanılan duzlardan hazırlanır.

Məsələ ilə bağlı "Azərsun Holdinq"lə telefon əlaqəsi saxlasaq da, cəhdlərimiz alınmadı.
5-08-2019, 20:50
Geri qayıt