Mehriban Xanlarova Lalə Dadaşovanın gəlini olubmuş


Xalq artisti Mehriban Xanlarovanın müğənni Lalə Dadaşovanın gəlini olduğu məlum olub.

Bu haqda Lalə Dadaşova “Günə baxan” verilişində məlumat verib. Aparıcı Elgiz Əkbərin “Mehriban Xanlarova sizin gəlininiz olub?” sualına Dadaşova belə cavab verib:

“Mehriban xanım gəlinim olub. Burda nə var ki? Mehribanı çox istəyirəm, tamaşaçılar onu alqışlasın. Bu evlilik 20 il qabaq olub. Oğlumla aralarında yaş fərqi vardı. Zaur mənə gəlib deyəndə ki, Mehribanla evlənmək istəyirəm, narazılıq etdim. Dedim ki, qətiyyən olmaz. Oğlum dedi ki, öldü var, döndü yoxdur. Mehribanı tanıyandan sonra beş əlli evlənmələrinə razı oldum. Övladları olmadığı üçün ayrıldılar. Oğlum evlənib, hələ ki, övladı yoxdur”.(qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu