Rza Zərrab Ebruya Hadisə ilə xəyanət edib


11 illik evlilik həyatına son qoyan müğənni Ebru Gündeş iş adamı əri Reza Zərrabla ayrılma səbəbi kimi xəyanət göstərib.


Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, ərinin dəfələrlə başqa qadınlarla münasibət qurduğunu iddia edən Ebru, həmin qadınlardan birini özünün də yaxından tanıdığını bildirib.

Ebru Gündəş Rzanın müğənni Hadisə ilə ona xəyanət etdiyini iddia edib.

O bildirib ki, bu xəyanətlərə həm qızı Alara, həm qızının dayəsi şahid olub. İddialara görə, Hadisə ilə Zərrab Amerikada bir neçə dəfə gizli görüşüb.

Sonuncu dəfə isə onlar 2019-cu ildə bir araya gəliblər. Hadisənin Mayamiyə gedərkən diqqət çəkməməsi üçün bir neçə təyyarə dəyişdiyi deyilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu