Övladlarım çoxaldıqca Kənanın mənə sevgisi artır-Aygün


Rejissor Kənan M.M-in həyat yoldaşı, müğənni Aygün Mahmudova üçüncü dəfə ana olduqdan sonra ilk dəfə açıqlama verib.

İfaçı hamiləliyini gizlətməsinin səbəblərindən danışıb: “Hamiləliyimi yaymağı ayıb bilirəm. Həm də Kənan bu tip halların yayılmasını xoşlamır. Ona görə də mediadan gizlətdik. Ana olmaq gözəl hissdir. Birinci, ikinci, üçüncü dəfə də ana olsan, fərq etməz. Qadın həmişə eyni dərəcədə sevinir, həyəcanlanır. Hər bir xanım üç uşağa baxmağın çətinliyin bilir. Amma qızım və oğlum böyüyüb, bağçaya gedirlər. Ona görə də bir az özümə və balacaya vaxt ayıra bilirəm. Kənan mənə heç bir işdə kömək etmir. Körpə uşağa yaxın dura bilmir. Ümumiyyətlə, kişilər balaca uşağı qucaqlarına almaqdan qorxurlar. Elə bilirlər ki, əlindən düşəcək. Kənan deyir ki, “İnana bilmirəm ki, Hüseynlə, Fatimə də bu qədər balaca olub”.

A.Mahmudova çoxuşaqlı ana olmaqdan çəkinmədiyini bildirib: “Övladlarımın sayı artdıqca, Kənanaın mənə sevgisi də çoxalır. Bir də gördünüz ki, dördüncü uşağım da oldu. Biz uşaqsevən ailəyik. Övladlarım sənətimə mane olmur. Qızım Zeynəbin dünyaya gəlməsinin 40 günü tamam olsun sənətimə qayıdacam. Nə qədər övladım olsa da, sənətimdən ayrıla bilmərəm. Yeni mahnılarım, duetlərim var”. (axsham.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu