Tünzalə Ağayeva qızı ilə-FOTO


Əməkdar artist Tünzalə Ağayeva qızı Fidanla yeni fotosunu paylaşıb.

Şəklini İnstaqram səhifəsində yerləşdirən müğənni “Bu da biz, əzizlərim” sözlərini yazıb.

Qeyd edək ki, T.Ağayevanın qızı Fidanın 16 yaşı var. Əməkdar artist bir qədər əvvəl verilişlərin birində Fidanı keçmiş ərinin başqa nikahdan olan qızı ilə görüşməyə qoymadığını bildirmişdi:

“Qızımı keçmişimdəki heç kimlə görüşdürmürəm. Mənim buna görə öz səbəblərim var. Bütün övladlar gözəldir. Amma o balaları böyüdən valideynlər var. Mənim problemim onlarladır. Peşman olacağım addım atmaq istəmirəm. Övladım üçün həm atayam, həm də anayam. Bir yerdə xoşbəxtik". (axsham.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu