Bu ilin "ən stil" məşhurları-FOTO


2015-ci ilin ən gözəl geyinən məşhurları seçilib. Bu dəfə siyahını ABŞ-ın tanınmış maqazin jurnallarından biri olan - "Vanity Fair" tərtib edib.

Siyahıya Teylor Svift, Corc Kluni, Rihanna, şahzadə Harri, İspaniya şahzadəsi və sairələri daxil ola bilib.

Siyahı redaksiyanın öz zövqünə əsasən hazırlanıb.

"Ən stil məşhur" siyahısı iki hissədən ibarətdir - qadınlar və kişilər.

Kişilərin siyahısına 65 yaşlı aktyor Bill Nayi başçılıq edir. Gənclərə meydan oxuyan bu aktyor "Harri Poter" "Mən Frankenşteynəm" kimi bir sıra tanınmış ekran işlərində rol alıb.

İkinci yerdə maliyyəçi Stavros Niarxos gəlir. Onu rəssam İke Ude izləyir. Top onluqda isə isveç şahzadəsi Karl Filipp, Britaniya şahzadəsi Harri, aktyor Corc Kluni də var.

Ən gözəl geyinən qadınlara liderlik edən isə Böyük Britaniyanın baş nazirinin xanımıdır - Samanta Kameron. İlk üçlükdə aktrisa Teylor Svift, balerina Misti Koplend qərarlaşıb.

Nüfuzlu siyahıya həmçinin Corc Kluninin həyat yoldaşı Amal, Rihanna, İspaniya şahzadəsi Letisiya da düşə bilib.

İlin ən gözəl geyinən cütlüyü adına isə Benedikt Kamberbetç və həyat yoldaşı Sofi Hanter layiq görülüb.

Xatırladaq ki, ötən il eyni siyahıya musiqiçi Farrel Uilyams, Keyt Blanşet başçılıq edirdi. (ANS)

[medium]http://afn.az/uploads/posts/2015-08/1438930626_st4.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-08/1438930637_st5.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-08/1438930643_st8.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-08/1438930654_st7.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-08/1438930672_st2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-08/1438930672_st6.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-08/1438930692_st3.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu