Kraliçadan şahzadəyə serial qadağası


Böyük Britaniya şahzadəsi Harriyə "Taxtların Oyunu" serialında rol almaq təklif olunub. Lakin bu xəbər Böyük Britaniya kraliçası II Yelizavetanı elə də sevindirməyib.

"Taxt Oyunları" yaradıcıları şahzadə Harriyə epizodik rol təklif ediblər. Onlar hətta şahzadəyə görə çəkiliş qrafikini də dəyişməyə hazır olublar.

Rəsmi olaraq bu məlumatı nə şahzadə Harri, nə də Kensinqton sarayı təsdiqləmir.

Bukmeykerlər iddia edirdilər ki, Harri özünü aktyor kimi sınamaq istəyib, lakin şahzadənin qərarı ilə bağlı son sözü kraliça deməli idi. Kraliçanın məsələ ilə bağlı qərarı isə mənfi olub.

Maraqlıdır ki, Böyük Britaniya kraliçası serialla maraqlanır və hətta serialın 5-ci mövsümünün çəkilişlərinə də qatılıb. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu