İlqarənin yeni VİDEOsu yayıldı


İnternetdə xalq artisti Aygün Kazımovanın qızı İlqarənin yeni videosu yayılıb.

İfaçı video görüntüdə Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını canlı ifa edir.

İlqarə Kazımova mahnını ifa edərkən vokal imkanlarını nümayiş etdirir.

Gənc ifaçı ANS-ə açıqlamasında, yeni yayılmış videonun 2 il əvvəl çəkildiyini dedi: “O video təxminən 2 il əvvəl çəkilib. Dostlarımla karaoke klubda yığşmışdıq. Məndən mahnı ifa etməyimi xahiş etdilər. Dostlarımın sözünü yerə salmayıb çox sevdiyim, mahnılarını dinləməkdən doymadığım, əfsanəvi bəstəkar və müğənni Polad Bülbüloğlunun repertuarına müraciət etdim. Heç ağlıma da gəlməzdi ki, dostlarım həmin ifanı lentə alacaq”.

[media=https://www.youtube.com/watch?v=BnKwdb3DQZ8]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu