Afaq yayılan yarımçılpaq şəkillərindən danışdı


Şou-biznesdə qalmaqallı açıqlamaları ilə tanınan müğənni Afaq Aslan çimərlik geyimində çəkdirdiyi şəkillərdən danışıb.

Bu barədə musavat.com-a açıqlama verən ifaçı müzakirələrə səbəb olan fotoları barəsində bu sözləri deyib: “Sosial şəbəkədə yazıblar ki, Afaq soyundu, Afaqın yarımçılpaq fotosu yayıldı. Başa düşə bilmirəm ki, dənizdə şubayla, xalatla çimməliyəm? Bəzi şou-biznes nümayəndələrindən fərqli olaraq soyunub, şəhərdə gəzmirəm. Nə də çimərlik geyimində efirə çıxmıram. Çəkdirdiyim fotosessiyaların tez-tez müzakirələr mövzusu olması məni elə də narahat etmir. Bircə onu bilirəm ki, şou-biznesdə paxıllığımı çəkən həmkarlarım çoxdur. O paxılların da cavabını zamanla Allah verir. Başım hazırda həyata keçirəcəyim sürpriz layihəyə qarışıb. Sentyabr ayından etibarən tamaşaçılar məni fərqli ampluada görəcəklər. Həmin layihənin nədən ibarət olduğunu isə öncədən açıqlamaq istəmirəm. Çox az qalıb. Görəcəksiniz”.

Daha sonra müğənni yaradıcılıq işlərindən də bəhs edib:
“Yeni bir mahnı ifa etmişəm. Bəstə “Çaşma” adlanır. Mahnının sözləri məni qarşı çaşan insanlara ünvanlanıb. Bəstənin sözləri Altay Yaşara, musiqisi isə Fərahimə məxsusdur. Düşünrəm ki, bu mahnım seviləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu