İşdən çıxarılan aparıcı ərə gedib


Teleaparıcı Elnarə Təhməzova ailə həyatı qurub.

Toy avqustun 8-də Türkiyədə baş tutub. Toy mərasimində aparıcının ailəsi və yaxın qohumları iştirak edib.

Qeyd olunur ki, Elnarə Təhməzova bir illik münasibətdən sonra azərbaycanlı biznesmenlə ailə həyatı qurmaq qərarına gəlib. İş adamı xaricdə yaşadığı üçün aparıcı birdəfəlik İstanbula köçmək niyyətindədir.

Xatırladaq ki, bu gün aparıcının eyni verilişlə efirə qayıtması ilə bağlı xəbərlər yayılıb. Elnarə Təhməzovanın evlilik haqda xəbəri isə bu məlumatları sual altına salır. Belə ki, aparıcı ailə qurandan sonra İstanbula köçməyi planlaşdırır. (qafqazinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu