Aygün Kazımovanın bu fotosu qəzəblə qarşılandı-FOTO


Azərbaycan estradasının ulduzu Aygün Kazımova pərəstişkarlarını məyus edib.

Xalq artistinin sosial şəbəkədə paylaşdığı makiyajsız fotosu birmənalı qarşılanmayıb.

Sözügedən şəkilin altına gözəl sözlər yazanlarla bərabər tənqid edənlər də olub. Hətta "layner çək" yazaraq məsləhət verənlər, "dəhşət" yazaraq pisləyənlər də olub. İzləyicilərdən biri isə Aygün Kazımovanı Maykl Ceksona bənzədib.

Başındakı aksesuarı nümayiş etdirmək fikri ilə "Eksklüziv aksesuar" yazaraq şəkil paylaşan Aygün Kazımova gözlənilməz reaksiya ilə qarşılaşıb. Maraqlıdır ki, heç kim onun bu aksesuarına məhəl qoymayıb.

Fotonu görən pərəstişkarlar isə kumirlərindən bir daha makiyajsız şəkil paylaşmamağı xahiş ediblər. Fanatlardan biri belə yazıb: "Aygün xanım, inciməyin, sonuncu əməliyyatlardan sonra siz artıq özünüzə oxşamırsız. Sizin xüsusi şarmınız vardı, lakin indi bunu deyə bilmərəm".
Xalq artisti dünən paylaşdığı fotosu ilə deyəsən pərəstişkarlarını ovundurmaq istəyib. "Makiyajım necə alınıb?" yazaraq hər kəsdən soruşub. (ANS)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu