"4 ildir ayrılmışıq, amma..."-Oksana


Rəqqasə Oksana Rəsulova “Yeri gəlmişkən” verilişinin qonağı olub.

Sənətçi şəxsi həyatı ilə bağlı yazılan xəbərlərdən danışıb:

“İnsanlara tanınmışların şəxsi həyatı maraqlıdır. 4 ildir keçmiş həyat yoldaşımdan (reper Elşad Xose – red.) ayrılmışam. İndiyənə qədər də maraqlanırlar. Media yazır, çünki insanlar izləyir. Mən buna pis baxmıram. Məsələn yazırlar ki, “Oksana filan yerə gəldi, keçmiş həyat yoldaşına belə baxdı”. Mən Monika Belluççinin pərəstişkarıyam. Bu günə qədər onu izləyirəm: “Hara gəldi, keçmiş həyat yoldaşına necə baxdı”. Bizim də həyatımızı başqaları bu cür izləyir”. (axsham.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu