Brilliant Dadaşova küsülü həmkarına mesaj yolladı


Maqazin verilişlərindən birinin qonağı olan xalq artisti Brilliant Dadaşova maraqlı açıqlamalar verib.

AFN.az-ın məlumatına görə, o, özünü populyar hesab edənlər barədə bunları söyləyib: “Məşhur olmaq, tanınmaq insanın heç də istedadlı və ağılllı olmasına dəlalət etmir”. Dünya ulduzlarının canlı səs imkanlarından danışan müğəənni Madonna barədə isə bunları deyib : “Madonna mahnıları canlı ifa edəndə, qulağımı tutub qaçmaq istəyirdim”. Müğənni bəzi kaprislərindən də söz açıb : “Mənə Amerikada mükafat təqdim ediləcəkdi. Ora dəvət olunduğum zaman onların qarşısına bir çox şərtlər qoydum. Onlardan biri də təyyarədə yanımda heç kimin olmaması idi. Biznes-klassda tək getdim.”
Kamran Həsənlinin onun kişi həmkarlarından biri ilə hələ də küsülü olması ilə bağlı müxtəlif eyhamlarına isə xalq artisti belə cavab verdi : “Mənimlə problemi olan insan mənə cavab verməli idi. Əgər həmin şəxs sənin həyatda olmayan valideyinlərini təhqir edibsə, sən onu bağışlayardın?!”

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu