​Məşhur türk aktyoru vəfat edib


Türkiyənin tanınmış teatr aktyoru Ləvənt Kırca 67 yaşında dünyasını dəyişib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun müddət idi qaraciyər xərçəngindən müalicə olunurdu.
Aktyor 1948-ci ildə Samsun şəhərində doğulub. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Ləvənt çoxlu sayda teatr tamaşası və filmdə rol alıb. O, 22 il televiziyada “Olacaq o qədər” verilişinin aparıcısı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu