“Eurovision-2016”da Rusiyanı Sergey Lazarev təmsil edəcək


“Eurovision-2016” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək müğənninin adı məlum olub.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yarışmada Rusiyanı Sergey Lazarev təmsil edəcək.

Bu barədə “Rusiya milli musiqi mükafatı”nın təqdimatında bildirilib.

Qeyd edək ki, 33 yaşlı S. Lazarev Rusiyada “İlin müğənnisi” seçilib. O bildirib ki, “Eurovision-2016”da təmsilçiliklə bağlı qərar Ümumrusiya musiqi redaksiyası tərəfindən verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu