Azərbaycan ilk dəfə “Uşaq Avroviziyası”nda iştirak edəcək


Azərbaycan ilk dəfə Beynəlxalq “Uşaq Avroviziyası” (“Eurovision junior”) mahnı festivalında iştirak edəcək. “Evrovision-2012” mahnı müsabiqəsinin ictimai və rabitə əlaqələri üzrə rəhbəri Tahir Məmmədov AzərTAc-a bildirmişdir ki, festivalın finalı bu il dekabrın 1-də Niderland Krallığının paytaxtı Amsterdamda keçiriləcək.

Bildirilib ki, “Uşaq Avroviziyası”nın rəsmi saytında müsabiqədə iştirak edəcək 12 ölkənin siyahısı yer alıb.

Müsabiqəyə Azərbaycandan başqa Albaniya və İsrail də ilk dəfə qatılacaqlar. T. Məmmədovun sözlərinə görə, yaxın zamanda seçim turu başlanacaq və Azərbaycanın müsabiqədə təmsilçisi müəyyən olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu