İlhamə Quliyeva xəstəxanadan evə buraxıldı


Xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılıb.

Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. İ.Quliyeva bildirib ki, hazırda evdədir və o, özünü yaxşı hiss edir: “İnsanın evindən gözəl nə ola bilər ki? Mənim üçün bu rahatlığı heç nə ilə əvəz etmək olmaz. Xəstəxanadan ayrılsam da müalicəmi ev şəraitində davam etdirəcəyəm”.

Xatırladaq ki, İlhamə Quliyevanın noyabrın 2-də səhhəti pisləşib və o, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətkar bir müddət əvvəl ürək əməliyyatı keçirib və bundan sonra onun damarlarında problem yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu