"Toya 13 minə yox, 5 minə gedirəm"-Abbas Bağırov əsəbləşdi


Müğənnilərin 2016-cı ildə toy qiymətləri açıqlanıb.

ATV.az-ın yaydığı siyahıda yalnız hazırda tələbatlı olan və toylara digər həmkarlarına nisbətən daha tez-tez çagırılan müğənnilər daxildir. Siyahıda birinci yeri isə Abbas Bağırov tutub. Belə ki, müğənninin toya 13 min manat qarşılığında getdiyi bildirilib.

Qeyd edək ki, digər müğənnilərdən fərqli olaraq Abbas Bağırovun toya yüksək məbləğdə getməsi ictimaiyyətdə müzakirələrə yol açıb.

BiG.az Abbas Bağırovun özü ilə əlaqə saxlayıb. Müğənni bildirib ki, toya 13 min manata deyil, cəmi cümlətanı 5 min manata gedir:
"Çox səhv yazıblar. Mən toya 13 minə yox, 5 min manata gedirəm. Məndən soruşmadan haqqımda yalandan məlumat yazıblar. Mən bütün gün medianı izləmirəm ki, haradan bilim haqqımda nə danışırlar. İradımı bildirmişəm, açıqlamanı da indi sizə verirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu