"İlhamə xanım mənə zəng edib dedi ki..."-Murad


Xalq artisti İlhamə Quliyeva bu dəfə müğənni Murad Arifə söz atıb.

İfaçının “Mənə heç kim çaşma deyə bilməz” sözləri İ.Quliyevanı əsəbiləşdirib. O, “ATV maqazin onlarla” verilişində M.Arifə xəbərdarlıq edib:

“Bu yaxınlarda Murad efirdən deyib ki, “Mənə heç kəs çaşma deyə bilməz”. Murad, əgər çaşarsansa, mən sənə deyərəm ki, “Murad çaşma”.

M.Arif axsam.az-ın əməkdaşı ilə söhbətində məsələyə aydınlıq gətirib. O, İ.Quliyeva ilə telefonla danışdığını və fikirlərin tam verilmədiyini bildirib:

“Süjetdən sonra İlhamə xanım mənə zəng etdi və dedi ki, “Efirə getməyən məqamlar var. Əzizim Murad, yanlış anlama. Demək istəmişəm ki, sən çox mədəni, tərbiyəli və sevdiyim adamsan. Tərbiyən yol verməz ki, qəbahət işlədəsən və çaşasan. Amma çaşsan, mənim hüququm və təcrübəm imkan verir ki, sənə də "çaşma" deyim. Amma mən bildiyim Murad Arif heç vaxt çaşa bilməz. Təəssüf ki, haqqında söylədiyim təriflər efirə getmədi. Çox təəssüf edirəm".

Mən də cavabında onu doğru anladığımı söylədim. Dediklərimə şübhəniz varsa, İlhamə xanıma zəng edə bilərsiniz. Bir daha vurğulayıram: “Murad Arifə tanıdığı, əməkdaşlıq etdiyi, mahnımı oxuyan, verilişimə gələn, ünsiyyətdə olduğum heç bir məşhur "çaşma" deyə bilməz. Çünki mən özümə hörmət qazanmağı əla bacarıram. Kimsənin qarşısında da qəbahətim, ayıbım ola bilməz. Davranışıma, fikirlərimə cavabdeh adamam. Mənə müğənni o sözü deyə bilməz. Xoş sözü də, pis sözü də qazanmaq lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu