“Sədaqətin bir qəbahəti var...” - Brilliant Dadaşova


Xalq artisti Brilliant Dadaşova bacısı Sədaqət Dadaşova “Zuhal Topalla İzdivaç” evlilik verilişində qalmaqallı çıxışına münasibət bildirib.


“Qafqazinfo”nun məlumatına görə, müğənni məsələ ilə bağlı instaqramda şərh yazıb.

Xalq artisti bildirib ki, Sədaqət Dadaşovanın fikirləri yanlış anlaşılır:

“Sədaqət xanımın bir qəbahəti var. O, türk dilində danışa bilmədiyi üçün fikirlərini yanlış izah edir. Ortaya tamamilə başqa anlam və məna kəsb edən cəfəngiyyat çıxarılır.
Qeyd edək ki, Sədaqət Dadaşova “Zuhal Topalla İzdivaç” evlilik verilişində maraqlı açıqlama verib.

O bildirib ki, evli olan kişidən bir uşaq dünyaya gətirib:

“Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü əmimoğlundandır”.


[media=https://www.youtube.com/watch?v=tZemnmuZcnc]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu