Kamboca mənim həyatımı dəyişdi- Ancelina Coli


Dünya şöhrətli aktrisa Ancelina Coli maraqlı açıqlama verib.

Aktrisa etiraf edib ki, heç vax vaxt ana olmaq istəməyib. Onun sözlərinə görə, Kamboca səfərindən sonra həyatı kəskin dəyişib: "Çox qəribədir, amma əsla uşağım olmasını istəmirdim. Heç hamilə qalmağı belə düşünmürdüm. Özümü heç vaxt ana kimi təsəvvür etmirdim".

Film çəkilişləri üçün Kambocada olan A.Colinin övladlığa götürdüyü ilk oğlu Maddoks olub. 2000-ci ildə “Tomb Raider”(Lara Kroft) filminin çəkilişi üçün bu ölkəyə yollanan aktrisa kambocalı uşaqlarla oynadığı zaman qərar verib. Daha sonra aktrisa 2002-ci ildə Maddoksu övladlığa götürüb.

“Mən bir anlıq anladım ki, mənim oğlum hardasa bu ölkədədir”, - deyə Ancelina əlavə edib. Aktrisa müsahibə zamanı Kambocanın onun həyatını necə dəyişdiyindən də danışıb. “Kamboca həyatımın ən vacib layihəsidir. Mən orada həyat haqqında çox şey öyrəndim”.
Bred Pitlə Ancelina Colinin 6 uşağı var. Onlardan 3-ü övladlığa götürülüb. Cütlüyün böyük oğlu Maddoks kambocalı, qızı Zahara efiopiyalı, Paks isə vyetnamlıdır. Hollivudun ulduzları Ancelina Coli ilə Bred Pit övladları ilə birlikdə altı aylıq Londona köçüb. Bu, Bred Pitin çəkilişləri ilə bağlıdır. (big.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu