"Hisslərimiz hələ də qalıb..." - Elşad Xoseı Oksanadan DANIŞDI-VİDEO


Repçi Elşad Xose keçmiş həyat yoldaşı rəqqasə Oksana Rəsulova ilə münasibətlərindən danışıb.

"ATV magazin onlarla" verilişində Elşad Xose bildirib ki, Oksana ilə isti münasibətləri hələ də qalır:

"Biz Leyli Məcnun kimi göründük, amma 2-3 aydan sonra romantika dəyişdi. Biz ayrılanda dedilər ki, artistdilər də, yalandan evlənib boşanırlar. Amma istəməzdim belə yanaşma olsun. Boşanmağı şou aləmi ilə bağlamaq doğru deyil. Bu sadəcə yazılmış qol idi, bu gün yazıldı, sabah itdi. Münasibətimiz həmin münasibət olaraq qalır. Sadəcə hər şey bir qədər dəyişib. Əvvəlki kimi hər addımımızı deməyəcəyik. Aramızdakı hörmət qalıb. Mənə elə gəlir ki, əvvəlki isti münasibətimiz hələ də qalıb. Əvvəlki hisslərimiz hələ də qalıb. İnsan bilsə ki, onu istəmirlər, vaxt keçdikcə hissləri dəyişə bilər. Amma biləndə ki, səni də sən istəyən kimi istəyirlər, bu insana stimul verir. Hər şey olduğu kimi qalıb. Nə ki, bizi öldürmür, o bizi möhkəm edir".

http://playreplay.me/

(big.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu