İlhamə Quliyevanın yerinə şou-biznesdə o at oynadacaq


Əməkdar artist Röya Ayxan da xalq artisti İlhamə Quliyevanın vida mərasimində iştirak edib.

Röya Ayxan mərhum xalq artisti ilə ilə son danışığında səhnənin bütün taclarını ona verəcəyini dediyini söyləyib:

"Hamı bilir ki, xalq artisti məni çox istəyirdi, mən də ona hər zaman hörmətlə yanaşmışam. Allah rəhmət eləsin. İlhamə xanım 73 yaşına kimi çox gözəl yaşadı, Allah bizə də o cür gözəl yaşamağı nəsib eləsin. Bayaq Orxana da dedim, sizə də deyirəm, mən də özümə belə bir ölüm arzulayıram. Axşam yatım, səhər keçinim. Ən böyük qorxum, illərlə xəstə yatağında olmaqdır. Bəlkə də, onu sərt qadın kimi tanıyırlar. O, qəlbən elə adam deyil. Çox pozitiv idi. Dövlətə sevgini mən o qadında görmüşəm. Sizə söz verirəm ki, onun bütün mahnılarını lentə yazdıracam. Sonuncu söhbətimiz yaxşı yadımdadır. Dedi ki, nə qədər taclar varsa, hamısını sənə verəcəm. Mən onu çox istəyirdim".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu