Miri Yusifin mahnısı özündən xəbərsiz satılıb


Türkiyəli müğənni Funda Arar azərbaycanlı müğənni Miri Yusifin “Bağışla” adlı mahnısını icazəsiz oxuduğu ilə bağlı iddialara cavab verib.


Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Miri Yusifin məhkəməyə verdiyi müğənni bildirib ki, bu, onunla bağlı olan məsələ deyil.

“Biz bu mahnını Azərbaycanda özünü həmin mahnının müəllifi kimi təqdim edən birindən almışıq. Bu məsələ mənlə bağlı deyil”., - Funda Arar belə deyib.

Qeyd edək ki, mahnı qalmaqalı ötən ilin avqust ayında başlayıb. Belə ki, Miri Yusifin müəllifinin özü olduğu dediyi “Bağışla” adlı mahnısını müğənni Funda Arar başqa sözlər yazdıraraq ifa edib və ona klip çəkdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu