Səmra Rəhimli Rusiyanın "Eurovision"dakı təmsilçisindən hədiyyə alıb


Azərbaycanı "Eurovision-2016"da təmsil edəcək Səmra Rəhimli "meet&greet" (görüş və salamla) layihəsi çərçivəsində müsabiqədə Rusiyanı təmsil edəcək Sergey Lazarev ilə görüşüb.


"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, S.Rəhimli və S.Lazarev Stokholmu gəzib və birgə fotosessiya ediblər.
S.Rəhimli S.Lazarevin yaradıcılığı ilə maraqlandığını etiraf edib və kumiri ilə görüşün onun üçün mühüm hadisə olduğunu bildirib. Rusiyalı müğənni də təmsilçimizə rəğbət bəslədiyini qeyd edərək, Səmra Rəhimliyə qanadlı bilərzik hədiyyə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu