“Eurovision” təşkilatçılarından Ukrayna ilə bağlı QƏRAR


Avropa Yayım birliyi “Eurovision- 2016” müsabiqəsinin səsvermə nəticələrinə baxış keçirməmək qərarına gəlib.

Bu barədə təşkilatın “Facebook” hesabında məlumat yerləşdirilib.

“Ukrayna “Eurovision -2016”nın qalibidir və elə olaraq da qalacaq. Biz petisiyanı imzalayanları müsabiqənin daha da irəli aparılması üçün konstruktiv dialoqa çağırırıq”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, “Eurovision – 2016”nın qalibi Camalaya qarşı change.org saytında kampaniyalara start verilib.

“Eurovision 2016” mahnı müsabiqəsinin təşkilatçılarına ünvanlanan ilk petisiyanı Ermənistan vətəndaşı Artur Ohanesyan başladıb.

Sözügedən kampaniyaya Fransa, İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Rusiya, Serbiya və Avstraliya qoşulub. Onların təşkilat komitəsindən müsabiqənin nəticələrinə yenidən baxılmasını tələb ediblər.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu