Ancelina Coli Bred Pittlə boşanır


Hollivud aktrisası Ancelina Coli aktyor Bred Pittlə boşanmaq qərarına gəlib.

Bu barədə TMZ mənbəyə istinadən xəbər verir.

Bildirilir ki, boşanmaya səbəb fikir ayrılığı göstərilir.

Ancelina Coli 6 uşağına qəyyumluğun onda saxlanılmasını, Bredə isə onlarla mütəmadi görüşməyə icazə verilməsini istəyir. O, keçmiş həyat yoldaşından aliment tələb etmir.

Boşanmaya səbəb aktrisanın Pittin uşaqları tərbiyə etmək tərzindən razı qalmaması səbəb olub.

Nəşrin verdiyi məlumata görə, boşanmanın yeganə səbəbi məhz budur və heç bir "üçüncü" tərəf burda iştirak etmir.

"Reuters"in xəbərinə görə, A.Colinin vəkili məlumatı təsdiqləyib. Hüquqşünas deyib ki, aktrisa vəziyyəti şərh etməyəcək.

Xatırladaq ki, A.Coli və B.Pitt 2004-cü ildən bir yerdədir. Onların toyu 2014-cü ilin avqustunda baş tutub. (Report.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu