Leyla Ramazanlıdan “Çox özəl”- FOTOLAR+VİDEO


Tanınmış müğənni Leyla Ramazanlı mövsümə yenilikləri ilə başladı. Belə ki, ifaçı yeni fotossesiya etdirib. Biri-birindən maraqlı obrazlarla kamera qarşısına keçən ifaçı qeyd edir ki, şəkillər türk fotoqrafa məxsusdur.

Leyla Ramazanlı “....” saytına açıqlamasında yeni mahnısından da danışdı. Mahnının adının “Çox özəl” olduğunu bildirən ifaçı yaxın zamanda mahnıya klip də çəkdirəcəyini dedi: “Yaxın zamanlarda “Çox özəl” mahnımın klipini tamaşaçılara təqdim edəcəyəm. Qeyd edim ki, mahnın sözləri Leyliyə, musiqisi Pərviz Mahmudova məxsusdur. Mahnı sevgidən bəhs edir. Klipin rejissorluğunu isə Xavər edəcək. Klip hazır olduqdan sonra ona təqdimat da etməyi düşünürəm”.

Hər zaman işləri ilə gündəmə gəldiyini deyən ifaçı mövsümə bol enerji ilə başladığını da əlavə etdi.



















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu