Dünya şöhrətli reper azərbaycanlı “şeytan qız”dan yazdı


Ukraynada yaşayan azərbaycanlı bodibilder Bahar Nəbiyevanın bədən quruluşu məşhur amerikalı reper 50 Senti heyrətə gətirib.

Virtualaz.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, tez-tez öz Instagram səhifəsində fotoşəkillərini paylaşan 22 yaşlı idmançının sonuncu fotosuna 48 min bəyənmə və mindən artıq şərh yazılıb.

B. Nəbiyeva tanınmış amerikalı reper 50 Sentin də diqqətini cəlb edib. Reper onu “şeytan qız” adlandırıb və bədən quruluşunun onu heyrətə gətirdiyini bildirib.

Bahar Nəbiyeva Azərbaycanda doğulub. Bədənin müxtəlif əzalarını sosial şəbəkədə nümayiş etdirən qız qısa zamanda məşhurluq qazanıb. Hazırda Ukraynada yaşayan Nəbiyeva Nobel adına Dnepropetrovsk Universitetinin tələbəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu