Bakıda türk filmləri həftəsi keçiriləcək


Noyabrın 22-27-də Bakıda Türk Filmləri Həftəsi keçiriləcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qardaş ölkələr - Azərbaycan ilə Türkiyə arasında filmlərin mənəvi gücünə söykənən bir körpü qurmağı hədəfləyən Türk Filmləri Həftəsində peşəkar rejissorların çəkdikləri məşhur kino nümunələri təqdim ediləcək. Bundan başqa, Azərbaycandakı məktəblərdə TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı) və Yunus Əmrə İnstitutunun dəstəyi ilə hazırlanan "İksir" adlı cizgi filmi nümayiş ediləcək.

Türk Filmləri həftəsi öncəsi Türkiyə prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu və yerli düşüncə dərnəyinin sədri Metin Gündoğdu noyabrın 21-də Bakıya gələcəklər. Yalçın Topçu və Metin Gündoğdunun iştirakı ilə noyabrın 21-də saat 11.00-də “Avropa” otelində Türkiyə-Azərbaycan münasibətləri, 15 iyul hərbi çevrilişə cəhd və millətin zəfəri ilə Türk Filmləri həftəsi mövzusunda Azərbaycan media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Mətbuat Konfransında Azərbaycanın əməkdar artisti Azərin “15 Temmuz Gecesi” adlı mahnısını ifa edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu