Namiq Qaraçuxurlu Aygün Kazımovanın iki evini əlindən alıb- İTTİHAM


Xalq artisti Aygün Kazımova keçmiş sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlu barədə danışıb.

“Xəzər maqazin” verilişinə açıqlama verən xalq artisti bildirib ki, meyxanaçı onun təkcə bağ evini yox, başqa mülkünü də əlindən alıb: “Namiq mənə qarşı çox haqsızlıq edib. Bu, düzgün deyil. Mala-mülkə bağlı insan olmamışam. Amma qarşıda layihələrim var, indi mən nə satacam? Deyirlər ki, Namiq Aygünə royal bağışlayacaq. Namiq mənim öz royalımı, sintezatorumu qaytarsın. Siz mənim əmlakımı ixtisara salmısınız. Namiqin aldığı bağın yanında, bir evim də var idi. Bir də nə qədər əşyalarım ondadır. Namiq, sən mənim fikirlərimə don geyindirmək istəyirsən. Amma səmimiyyət lazımdır. “Namiq və səmimiyyət” bir-birinə antonim fikirlərdir. Həqiqət yaddan çıxır. 8 il birlikdə ömür sürmüşük. Bəlkə bunu da danasan? Sən dansan da, qonşular danmaz. Ondan səmimiyyət gözləməyin. Əvvəl özünə yazırdım ki, gəl halallaşaq. Axı bunları bərabər olanda alın tərimizlə qazandığımız vəsait hesabına almışıq”.(Lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu