"Eurovision" təmsilçilərimizin Dianadan gözləntiləri


Xəbər verdiyimiz kimi 2017-ci ildə Azərbayacanı Ukraynada keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Diana Hacıyeva təmsil edəcək. Bundan öncəki müsabiqələrdə ölkəmizi təmsil edən Dilarə Kazımova və Eldar Qasımov Diana Hacıyeva ilə bağlı fikirlərini bölüşüblər.

“Eurovision-2014”də Azərbaycanı təmsil edən Dilarə Kazımova AzVision.az-a bildirib ki, Diana Hacıyeva onun ən yaxın rəfiqəsidir.

“Diana çox istedadlı qızdır. Neçənci yeri tutacağını indidən deyə bilmərəm. Çünki nəticələri əvvəlcədən bilmək olmur. Buna 100% əminəm ki, Diana bizi layiqincə təmsil edəcək. Həm gözəl musiqiçi, həm də maraqlı qızdır. İnanıram ki, onun ifası hamının xoşuna gələcək”.

“Eurovision-2011” Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov Dianaya böyük ümidlər bəslədiyini deyib. “2010-cu ildə Diana Azərbayacanı təmsil etmək üçün seçim turlarına qatılmışdı. Elə oldu ki, Diana turu keçə bilmədi. Səhv etmirəmsə, Diana Səmranın bek-vokalı idi. Diananın musiqiyə öz baxışı var. Əgər öz rəngini musiqiyə, bəsətəyə qatsa, gözəl nəticələr olacaq. Onun hansı yeri tutması əhvalından və çıxışından aslı olacaq. Nəzərə alaq ki, bu, imtahan və bir sınaqdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu