Rza Zərrabla Ebru Gündeş barışıb


Bir müddət əvvəl boşanma xəbəri yayılan Ebru Gündeş və Rza Zərrab cütlüyünün barışdığı bildirilir.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da həbs edilən Azərbaycan əsilli biznesmen Rza Zərrab bir neçə ay öncə müğənni Ebru Gündeşdən boşanmaqla bağlı yazılı bildiriş aldığını açıqlamışdı.

Zərrabın həbsindən sonra 3 ay müddətində görüşməyən məşhur cütlük yenidən bir araya gəlib. Belə ki, onlar telefonla əlaqə saxlayıblar. Aralarındakı soyuq buzları əridən cütlük barışıb. Hətta müğənninin həyat yoldaşının villasını tərk etməyəcəyi deyilir.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu