Kamran Həsənli: “Mənim üçün boş və mənasız söhbətlərdir”




Teleaparıcı Kamran Həsənli ilə müğənni Samir Piriyev arasında uzun müddətdir ki, davam edən qalmaqal bitmək bilmir. Müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi şoumen Kamran Həsənli barədə artıq daxili işlər naziri Ramil Usubova müraciət edərək haqsızlıqla üzləşdiyini bildirib.

Şoumen Kamran Həsənli və bacısı Gülər Həsənli onun etibarından sui-istifadə edərək 115 min ABŞ dolları məbləğində pulunu Türkiyədə iş qurmaq adı ilə aldığını bildirən Samir Piriyev daxili işlər nazirinə ünvanlandığı müraciətdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev haqda da iddialar səsləndirib. O, iddia edib ki, Kamranın ən yaxın dostu, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ilk gündən Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlini tapşırıb. Kamranın havadarları oradan bu işi nəzarətdə saxlayıblar.

Musavat.com məsələ ilə bağlı teleaparıcı Kamran Həsənlinin mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb. Haqqında müxtəlif iddialar səsləndirilən şoumen bildirib ki, məsələ ilə bağlı danışmaq istəmir: “Hazırda başım ailə işlərinə qarışıb. Oğlumu evləndirdim. Samir Piriyevlə bağlı məsələ haqda danışmaq istəmirəm. Bu söz-söhbətlər mənim üçün boş və mənasızdır. Cinayət işi davam edir. Nə zaman nəticə bəlli olsa, o zaman açıqlama verəcəyəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu