Arzu Əliyevanın özəl günü


Bu gün prezident İlham Əliyevin qızı Arzu Əliyeva ad gününü qeyd edir.

A.Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. 2011-ci ildə Rusiyada yaşayan azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə qurub. Cütlüyün Aydın adlı bir oğlu var.

Bu münasibətlə Buro 24/7 redaksiyası onun müxtəlif tədbirlərdən olan ən yaxşı 10 obrazının icmalını hazırlayıb.

Arzunun həmişə parlayan və onu bəzəyən uzun gözəl saçları ayrıca diqqətə layiqdir. O, öz obrazlarında təbiiliyə sadiq qalır. Kübar tədbir və ya rəsm sərgisinin açılışı olmasından asılı olmayaraq, Arzu Əliyeva gedəcəyi tədbirlərdə öz stili ilə fərqlənməyi bacarır.

Londonda yaşaması da onun stilinə az təsir etməyib. Rahatlıq elementləri, lakin eyni zamanda zəriflik onun ümumi görünüşünü əla təsvir edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu