Faiq Ağayev canlı yayımda təhqir olundu- VİDEO




Xalq artisti Faiq Ağayevin İnstaqram hesabı sındırılıb.

“Qaynarinfo” bildirir ki, axşam saatlarında xalq artistinin rəsmi İnstaqram hesabından canlı yayım açılıb. Yayımda 16-17 yaşlı 2 qız və maskalı 1 oğlan şərh bölməsində yazanlara Faiq Ağayevin ünvanına təhqirli ifadələrdən istifadə ediblər. Nə baş verdiyini anlamayan izləyicilər yayımdakıların kimliyi haqda suallar veriblər. Cavabında isə azyaşlılar: “Siz elə bilirsiniz ki, “Faiq” oturub sizə cavab yazır? Profili hər həftə birimiz işlədirik. Sizin mesajlara cavab yazan da bizik”, - deyə ironiya ilə bildiriblər.

Müğənninin dostları profilin sındırıldığını şərhlərdə yazıblar. Son olaraq “Sizin kim olduğunuzu bilirik. Dəqiqləşdirəcəyik və bu hərəkətiniz sizə baha başa gələcək” şərhindən sonra canlı yayım dərhal dayandırılıb və instaqram hesabı dondurulub.

Qısa müddətdən sonra Faiq Ağayev instaqram üzərindən video paylaşıb məsələyə aydınlıq gətirib: "Əziz dostlar, artıq hesabımın idarəsi tam olaraq məndədir. Əfsuslar olsun ki, paylaşımlarımın yarısı silinib. Hələ ki, bu qədər məlumat vermək istəyirəm. Daha ətraflı məlumat yaxında veriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu