"Duşda qadınlar gizli şəklimi çəkməyə çalışırlar"- azərbaycanlı aktrisa




“Əziz və gözəlliyimin paxıllığını çəkən xanımlar! Heç vaxt sizdən gözəllik sirlərimi gizlətməmişəm, həmişə səhifəmdə paylaşmışam. Etikanın nə olduğunu bilməyən xanımlar geyim və duş otağında gizli şəklimi çəkməyə çalışırlar. Ümumiyyətlə, hər yerdə gizli şəklimi çəkmək istəyən şərəfsizlər var”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Vicdan haqqı” serialının Larisası Çimnaz Sultanova deyib. O, bəzi xanımların onun paxıllığını çəkdiyini söyləyib.

Aktrisa plastik əməliyyat etdirməsi ilə bağlı suallara cavab verib:

“Plastik əməliyyat etdirsəydim, sizdən gizlədərdim? Əksəriyyəti düşünür ki, həkimlərin reklamına çəkilmişəmsə, deməli, plastik əməliyyat etdirmişəm. Əsla! “Plastik əməliyyat etdirib” yazan paxıl xanımlar, sakitləşin. Bilin ki, paxıllıq insanı qocaldır. Sevgi isə cavanlaşdırır və gözəlləşdirir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu