Tanınmış model ailəsi üçün sənətdən gedir


Braziliyalı məşhur supermodel Jizel Byundhen son dəfə podiuma çıxıb və model biznesindən getdiyini elan edib.

San-Pauloda moda Həftəsi çərçivəsində keçirilən vida moda nümayişində Jizel Colcci geyimlərini nümayiş etdirib. Bu etiketi o, hələ 2005-ci ildən təmsil edir. Byundhen həm də “Victorias Secret”in mələklərindən hesab olunur, lakin bununla yanaşı, öz şəxsi alt geyim markasına da malikdir. Zalda Jizelin son podium çıxışını izləyənlər arasında onun həyat yoldaşı, peşəkar amerikan futbolunun məşhur ulduzu Tom Bredi də olub. Onlar 2009-cu ildən nikahdadırlar və iki uşaqları var. Jizel məhz ailəsinə daha çox vaxt ayırmaq səbəbiylə podiuma əlvida deyib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu