Qayınanam məni boğdu, sonra dedilər zarafatdır- Elza Seyidcahan

Xəbərin çap versiyası
Tarix: 25-09-2017, 14:39    |    Xəbər oxunub: 565 dəfə
Qayınanam məni boğdu, sonra dedilər zarafatdır-


“19 yaşımda mənim 2 övladım var idi. 17 yaşım tamam olmamış ərə getdim. Toy qərarını oğlan evi aldı. Dedilər ki, verməlisiz, almalıyıq və getməliyik. Nənəmgilə getmişdilər. Nənəm elə bilmişdi ki, artıq bunlar "hə" alıblar. Ona görə də razılaşmışdı. Yuxudaydım, bir də gördüm qapı açıldı. Qayınanam boğazımdan elə sıxdı ki, az qalmışdı sümüklərim sınsın. Dedilər ki, zarafatdır. 6-7 ilə yaxın ailəli qaldım”.

Bu sözləri əməkdar artist Elza Seyidcahan ARB TV-nin “Boş anlar” verilişində deyib.

Müğənni ailəsini qayınanasının dağıtdığını bildirib: “Biz 12 il boşanmadıq, istəmirdik. Həyat elə gətirdi ki, ayrıldıq. Əslində bizim ailəmizdə problem olmayıb. Sadəcə kənardan qayınanam müdaxilə etdi. Bu sənətdə olmağıma görə də 2 nəfərə borcluyam. Qayınanam ailəmi dağıtdı, anam da oxutdu.

Qayınanam məni döymüşdü, anamgilə getmişdim. Evdən heç nə götürmədim. Texnikumda oxuyanda bilirdilər ki, musiqi bəstələyirəm. “Şəhidlər balladası”ndan xəbərləri var idi. Sumqayıtda Kimyaçılar sarayında şəhidlərin birinci il dönümündə mənə təklif etdilər ki, siz bunu ifa edin, bacınız oxusun. Bunu qayınanama çatdırmışdılar. Qayınanam xəbər göndərmişdi ki, əgər o, səhnədə ifa etsə, yoldaşı ona gəlib gül verəcək, onla da bu iş bitəcək, boşanacaqlar. Mən ailəmi müqəddəs tutdum və getmədim”.

Sonda müğənninin bacısı Rasimə Seyidcahan Muradova hətta qayınanasının Elzaya şər atdığını da deyib: "Yoldaşı işdən gələndə Elza ona çay süzmək istəyirdi. Artıq nə edirdisə, bu arvadı qıcıqlandırırdı. Elza çay süzəndə qayınanası gəlib saçından tutmuşdu. Elzanın da əlində çaynik olmuşdu. Elza deyir ki, imkan vermir əlimdən çayniki qoyum sözümü deyim. Üstünə bir az su tökülüb. Qayınanası gedib xəstəxanada yatmışdı ki, gəlin mənim üstümə isti su tökdü. Yoldaşı o vaxt qorxmuşdu. Demişdi ki, səni aparım anangilə, özüm də Rusiyaya işləməyə gedim".(axsam.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur