Emin Ağalarov "Jara"ya xərclədiyi vəsaiti açıqladı




Azərbaycanlı iş adamı, müğənni, bəstəkar Emin Ağalarov Rusiyanın “Forbes" jurnalına müsahibə verib.



O, bu ilin avqust ayında Bakıda təşkil etdiyi “Jara” festivalına xərclədiyi vəsaitin miqdarını açıqlayıb.

“Bu il “Jara” festivalını keçirmək üçün təqribən 5 milyon dollar xərclədim. 2016-cı ildə festival üçün 2,6 milyon dollar sərf etmişdim və bunun 1,2 milyonunu sponsor vəsaitləri və bilet satışından geri qaytara bilmişdim. Keçən il zərər 1,4 milyon, bu il isə 2,5 milyon dollar oldu”, - deyə E.Ağalarov bildirib. (oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu