"O Səs Türkiyə"də qalmaqal: çəkilişlər dayandırıldı

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 11:54    |    Xəbər oxunub: 669 dəfə
"O Səs Türkiyə"də qalmaqal: çəkilişlər dayandırıldı


Türkiyənin məşhur "O Səs Türkiyə” verilişində qalmaqal yaşanıb.



Verilişə bu il qatılan Yıldız Tilbe ilə "Atena" rok qurupunun üzvü Gökhan Özoğuz arasında gərginlik olub. Bu səbəbdən də çəkilişlər yarımçıq qalıb.

"O Səs Türkiyə” münsif heyətinə yeni daxil olan müğənni iştirakçılar arasında irqçi-ayrıseçkilik edib.

Onun bu hərəkəti Gökhan Özoğuzun xoşuna gəlməyib. Elə bu səbəbdən də müğənnilər arasında ilk ciddi mübahisə yaşanıb.

Belə ki, müsabiqədə Balkan mahnısı ifa edən bir qadın iştirak edib. Ona bütün münsiflər dönsə də, Yıldız Tilbe dönməyib. Sonda Yıldız "Ah sən türksən? Mən sənin əcnəbi olduğunu düşündüm. Türk olduğunu bilsəm, dönərdim” deyib.

Yıldızın bu sözləri Gökhanı özündən çıxarıb:

"Bu yarışmaya xaricilər də gəlir, niyə dönmürsən ki?" - deyə Yıldıza reaksiya verib.

Yıldız isə Gökhana verdiyi cavab vəziyyəti daha da gərginləşdirib:

"Bu, "O Səs Türkiyə” müsabiqəsidir. Odur ki, mən türk axtarıram. Bura "O Səs İngiltərə” deyil, elə olsaydı, ingilis axtarardım".

Səssiz qalmayan Gökhanın "Sən o zaman kürdlərin də yarışmasına etiraz edirsən?" deməsi aləmi bir-birinə vurub.

Mübahisəyə Acun müdaxilə edib mikrofonlarını kəssə də, onları sakitləşdirmək mümkün olmayıb. Bütün iştirakçılar və qonaqlar yola salınıb, çəkilişlər də yarımçıq qalıb.

Yeri gəlmişkən xatırladaq ki, müğənni azərbaycanlı iştirakçı Pərvin Səfərovun şivəsini bəyənmədiyi üçün dönmədiyini bildirmişdi. "Seçəcəyim ifaçı türkcə yaxşı danışmalıdır” deyən Yıldız Tilbe daha çox türk izləyiciləri tərəfindən tənqid olunmuşdu.

Türkiyə mətbuatı Yıldızın bu hərəkətini belə şərh edib: "Yəqin ki, bu mübahisəni ekranda izləməyəcəyik, amma Yıldız Tilbe televiziya proqramları üçün saatlı bomba olduğunu bir daha sübut etdi”.

Məlumat üçün bildirək ki, Yıldız Tilbe İsraillə böhran yaşandığı dövrdə "Allah Hitlerdən razı olsun" tvitə görə çox tənqid edilmişdi. İrqi ayrıseçkilik etdiyi üçün onun "Turkcell” reklamı da ləğv edilmişdi. Belə görünür ki, Yıldız irqi-ayrıseçkilikdən vaz keçməyəcək. (unikal.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Bakıda sürücü qadın qəza törədərək həlak olub:

Bakıda sürücü qadın qəza törədərək həlak olub: qızı yaralanıb

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib:

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib: həbs yaxınlaşır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

Mehriban Əliyeva ordenlə təltif edilib

Mehriban Əliyeva ordenlə təltif edilib

İraq:

İraq: Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Piyadalar üçün cərimələr artırılsın-

Piyadalar üçün cərimələr artırılsın- TƏKLİF

Bayılda qarşıdurma-

Bayılda qarşıdurma- Eldar Əzizovdan prezidentə şikayət-VİDEO

Metrodan istifadə edənlərin sayı artıb

Metrodan istifadə edənlərin sayı artıb

Ordu, yoxsa qələm?

Ordu, yoxsa qələm?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur