Vüqar Muradov aparıcını söydü- Çəkilişdə biabırçılıq

Xəbərin çap versiyası
Tarix: 30-11-2017, 19:39    |    Xəbər oxunub: 824 dəfə
Vüqar Muradov aparıcını söydü-


SPACE telekanalında, aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan "Nahara qədər dedi-qodu" verilişinin çəkilişi zamanı insident yaşanıb.



Çəkilişdə qonaq olan müğənni Vüqar Muradovla aparıcı arasında dava düşüb. Buna Ş.Turanın müğənniyə estetik əməliyyatla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Vüqar özündən çıxaraq ayağa qalxıb, söyüş söyüb, aparıcını təhqirlərə məruz qoyaraq, studiyanı tərk edib. "Bu saat buraları dağıdaram, mənə belə sual verən adamı yox edərəm" deyən müğənni çəkiliş heyəti tərəfindən güclə sakitləşdirilib və yenidən studiyaya qaytarılıb.

Məsələ ilə bağlı verilişin aparıcısı Şəbnəm Turanla əlaqə saxladıq. O, xəbəri təsdiqlədi:

"Bəli, təəssüf ki, verilişin çəkilişi zamanı belə bir xoşagəlməz hadisə yaşandı. Mən aparıcıyam, qonağıma istənilən sualı verməyə ixtiyarım var. Vüqara estetik əməliyyatla bağlı sual verdim. Özündən çıxdı, "vuraram, yıxaram" deyib, studiyanı tərk etdi. Ona yalvaran da olmadı ki, geri qayıt. Özündən çıxdığı kimi də sakitləşərək studiyaya qayıtdı. Əslində, burada qızışmağa da ehtiyac yox idi.

Vaxtilə "Yeni ulduz" layihəsində oxuduğu zaman münsif Ruhəngiz Qasımova da ona demişdi ki, Vüqar, üzündə estetik əməliyyat etdirsən, yaxşı olar. Vüqar özü də dəfələrlə efirlərdə bununla bağlı danışıb. Mən anlaya bilmirəm ki, sualım niyə onu belə özündən çıxartdı? Bu müğənnilər belədir. Vaxtilə özlərini reklam etdirmək üçün kameralardan sallanırdılar, indi göylə gedirlər". (yenicag.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir-

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir- FOTOLAR

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir

“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

22 yanvarda keçiriləcək hərrac:

22 yanvarda keçiriləcək hərrac: 76 dövlət əmlakı özəlləşmədə

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Elçin Səlcuqun Vikipediya səhifəsi yaradılıb

Elçin Səlcuqun Vikipediya səhifəsi yaradılıb

DYP-dən bu cür avtomobil sürənlərə son xəbərdarlıq-

DYP-dən bu cür avtomobil sürənlərə son xəbərdarlıq- Sərt tədbirlər görüləcək

Dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam edir

Dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam edir

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir

Masallı İcra başçısının müavini oğlu avtomobili ilə polisi vuraraq reanimasiyalıq etdi-

Masallı İcra başçısının müavini oğlu avtomobili ilə polisi vuraraq reanimasiyalıq etdi- VİDEO+TƏFƏRRÜAT

ƏMDK-da Avropa İttifaqının ekspertlərinin iştirakı ilə tədbir keçirilib

ƏMDK-da Avropa İttifaqının ekspertlərinin iştirakı ilə tədbir keçirilib

“Mübariz İbrahimov-vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib

“Mübariz İbrahimov-vətənpərvərlik nümunəsi” mövzusunda araşdırma-yazı müsabiqəsi elan edilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur