Röya Aygündən yazdı: "Həddini aşdı..."


Röya Aygündən yazdı:


Əməkdar artist Röya Ayxan növbəti dəfə Aygün Bəylərlə aralarında olan qalmaqala münasibət bidlirib. Röya sosial şəbəkədəki səhifəsində bu sözləri yazıb:

“Media nümayəndələrindən xahiş edirəm, bunun adını qalmaqal adlandırmasınlar. Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı. Sübut da etdik, üstünə çox gedib pərt etmək istəmədim. Ona çox keçdim, amma bu dəfə həddini aşdı. Xanəndədirsə, xanəndə adına layiq hərəkət etsin. Mən pop sənətçisiyəm, onun mənimlə, mənim də onunla heç bir əlaqəm yoxdur. Olmadı, olmayacaq da. Bizim oxuduğumuz janrlar başqadır. Amma xanəndələri belə ucuzlaşdırmasın. Dostlarımdan da xahiş edirəm, ona görə mənə heç kim zəng etməsin”.

Qeyd edək ki, Röya artıq Aygün Bətləri məhkəməyə verdiyini də açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu