Xalq artistlərinin bir-birinə qarşı iddiaları rədd edildi


Xalq artistlərinin bir-birinə qarşı iddiaları rədd edildi


Bu gün Nəsimi rayon Məhkəməsində xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin bir-birilərinə qarşı qaldırdıqları iddialar üzrə məhkəmə prosesi keçirilib.



Trend-in məlumatına görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki iddia rədd edilib.

Qeyd edək ki, M.Əsədova şərəf və ləyaqətinin R.Məlik tərəfindən təhqir edildiyini bildirib və bunun üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. M.Əsədova R.Məlikdən 200 min manat təzminat tələb edir. Ötən məhkəmə prosesində R.Məlik də qarşı tərəfi onu təhqir etməkdə təqsirləndirərək, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və M.Əsədovadan 300 min manat təzminat tələb etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu