"Pişik" Günel kimləri hədələdi?- "AĞILLI OLUN!"+VİDEO

Xəbərin çap versiyası
Tarix: 12-01-2018, 13:48    |    Xəbər oxunub: 1 353 dəfə
"Pişik" Günel kimləri hədələdi?-


“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı ilə bağlı xəbərlərə münasibət bildirib.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, barəsində yazılan xəbərlər həqiqəti əks etdirmir: “Elə şeylər var ki, onlara əhəmiyyət verməyə bilərsən. Deyərsən: “Əşi, yazıb da...”. Yazılan bu məqalə mənim şəxsi həyatıma zərər vermirsə, cavab vermirəm. Amma bu, elə bir məslədir ki, susmaq mümkün deyil. Bu mövzuda mənim adımı hallandırmaqları sifarişli olub. Çünki yazını yazdılar, sonra da sildilər. Mənim çoxlu jurnalist dostlarım var. Amma nə edək ki, həqiqəti yazmayan jurnalistlər də var. Sizin vasitənizlə onlara demək istəyirəm ki, ağıllı olun. Elə sözlər var ki, onları bağışlamaq olar. Amma elə mövzular da var ki, keçmək olmaz. O xəbərlərdə mənim şəxsi həyatıma təsir edəcək yazılar olarsa, mən onlara cavab verəcəm”.

G.Ələkbərova bildirib ki, barəsində bir daha belə bir xəbərlər yazanlar olsa, onlarla məhkəmədə görüşəcək: “Artıq üzr istəməklərinə baxmayacam. Sözün açığı, mən məhkəməyə verməyi sevmirəm. Çünki indiki zəmanədə kim-kimə söz deyirsə, məhkəməyə verir. Amma mən bu məsələdə ciddiyəm. Söz xatirinə demirəm. Bundan sonra şərəf və ləyaqətimə toxunacaq cüzi bir şey yazarlarsa, onlar barəsində polisə şikayət edəcəm. Çünki hər kəsin evdə anası, bacısı, qardaşı var. Reytinq xatirinə belə şeylər eləmək lazım deyil. Mən öncədən xəbərdarlığımı etdim”.

Qeyd edək ki, bir neçə sayt G.Ələkbərovaya Cinayət Məcəlləsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verildiyi iddia edilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur