Manaf Ağayev Fədayə Laçının ailəsi ilə bağlı acınacaqlı fakt açıqladı- VİDEO


Manaf Ağayev Fədayə Laçının ailəsi ilə bağlı acınacaqlı fakt açıqladı-


Hazırda həbsdə olan Fədayə Laçının ailəsi kirayə qaldığı evdən çıxarılır.



AFN kult.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Hər şey daxil” verilişində söyləyib.

"Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm. Düz gecə saat 2-yə qədər onlarda olmuşam. Evlərinin işıqlarını kəsiblər. Kirayə qaldıqları evdən çıxardırlar. Yəqin, imkanları, çörək qazananları olmadığından işıq pullarını verən yoxdur. Kirayədə qalırlar. Onların vəziyyəti yaxşı deyil. Başqa kimləri var ki? Bir elli kimi evlərinə getdim, hər şeyi yoluna qoyub gəldim”, – deyə müğənni bildirib.

Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca” ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu